Azərbaycanda I yarımildə KOB evlərində sahibkarlara 234 mindən çox xidmət göstərilib

Azərbaycanda I yarımildə KOB evlərində sahibkarlara 234 mindən çox xidmət göstərilib
İqtisadiyyat 8

Bu ilin birinci yarısında KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib.

BAKU.WS bu barədə Iqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129 698 xidmət), "Azərpoçt" MMC (46 020 xidmət), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29 867 xidmət), Dövlət Gömrük Komitəsi (14 481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13 962 xidmət) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib.

Bildirilib ki, KOB evlərində sahibkarlara daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlər göstərilib.

Bu ilin yanvar-iyun ayları ərzində KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312 365 xidmət göstərilib ki, bunlardan 271 996-sı G2B, 40 369-u B2B xidmətlər olub. KOBİA-nın strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox xidmət göstərilir.

Azərbaycanda I yarımildə KOB evlərində sahibkarlara 234 mindən çox xidmət göstərilib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər