Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edildi
13
iyl
2019
10:54
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, bunlar Ağcabədi rayonundakı "Aran 2011" və Beyləqan rayonundakı "Mikroinvest" kredit ittifaqlarıdır.Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 49-dan 47-yə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 12-dən 14-ə çatıb. 2018-ci ildə isə Palata 15 kredit ittifaqını maliyyə bazarından kənarlaşdırmışdı.
Oxşar xəbərlər
Problemli kreditlərin VERİLMƏ TARİXİ AÇIQLANDI
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tə...