Azərbaycan neftinin qiyməti enib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarlarında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,5 dollar və ya 0,68% azalaraq 72,85 ABŞ dollarına düşüb.
Ceyhan limanında isə bu marka neftin FOB bazasında qiyməti 71,53 dollar təşkil edib ki, bu da 0,48 dollar və ya 0,67% azalma deməkdir.
Müqayisə üçün, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar olaraq götürülüb.
Qeyd edək ki, "Azeri Light"ın ən ucuz satıldığı vaxt 2020-ci ilin aprelində (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Bu neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunur və SOCAR burada 31,65% paya sahibdir.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...