Azərbaycan nefti bir qədər də ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,26 ABŞ dolları və ya 0,32 % azalaraq 80,08 ABŞ dollarına enib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 77,66 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir barelinin qiyməti isə 0,24 ABŞ dolları və ya 0,3 % azalaraq 78,72 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları olub. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Orxan Məmmədov: "Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır"
Biznesin maliyyə əlçatanlığı məsələsi qlobal bir çağırış olaraq qalmaqdadır. BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin...
