Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 173,4 min ABŞ dolları dəyərində 216 ton yemiş ixrac edib.
BAKU.WS-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 40 % azdır.
Azərbaycan Rusiyaya 162 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % az) 414,2 ton (-44 %) və Belarusa 11,4 min ABŞ dolları dəyərində 16,1 ton məhsul satıb.
Azərbaycan 1 il 11 aylıq aradan sonra Belarusa yemiş tədarükünü bərpa edib.
Hesabat dövründə Azərbaycana xaricdən 73,4 min ABŞ dolları dəyərində (-4 %) 92,24 ton (-8 %) yemiş gətirilib.
Azərbaycan İrandan 38,5 min ABŞ dolları dəyərində (-22 %) 53,4 ton (-25 %), Özbəkistandan 19 min ABŞ dolları dəyərində (+3 dəfə) 19,1 ton (+3,2 dəfə), Türkiyədən 9,4 min ABŞ dolları dəyərində (+57 %) 13,4 ton (+56 %), Braziliyadan 5,4 min ABŞ dolları dəyərində (-35 %) 5,4 ton (-36 %) və Kosta-Rikadan 1 min ABŞ dolları dəyərində (-67 %) 1 ton (-66,7 %) yemiş alıb.
Oxşar xəbərlər
AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək. BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikay...