055 213 76 73
Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini kəllə-çarxa qaldırılması əhali arasında böyük narazılığı səbəb olub. Qiymət artımı ən çox gənc ailələrin büdcəsinə mənfi təsir edib.
BAKU.WS-in məlumatına görə, bəzi mağazalar və supermarketlər alıcıların sosial şəbəkələrdə kütləvi şəkildə narazılığını nəzərə alaraq Pampersin qiymətini aşağı salıblar. Mağaza sahibləri bildiriblər ki, məhsulun qiymətini firmadan endiriblər.
İkinci qiymət artımından sonra 20 manat 49 qəpiyə qaldırılan Pampersin qiyməti indi 17,95 manata endirilib. Qiymət artımı topdansatış məntəqələrində də özünü göstərib. Arzu edərdik ki, bu addım digər məhsul istehsal edən şirkətlər tərəfindən də atılsın.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1
ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi
məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər
ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində
Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş
nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya
salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul
vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi”
də deyilir) həyata keçirilib.
Ziya Babayev
BAKU.WS