Azərbaycanın böyük qida məhsulları idxalçısı: "Bahalaşma olacaq"
"Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək".
BAKU.WS-in məlumatına görə, bu barədə Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentindən bildiriblər. Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir.
Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək.
Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Marketlərdəki qiymət artımı ilə bağlı rəsmi açıqlama
Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib. İq...