Tarif Şurası yanacağın qiymətini 3 dəfə ucuzlaşdırdı

Tarif Şurası yanacağın qiymətini 3 dəfə ucuzlaşdırdı
İqtisadiyyat 5591

 

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən BAKU.WS-ə verilən məlyumata görə, iclasda soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.

Yeni tarif dekabrın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 280 ton soba mazutu ixrac edib. Ötən illə müqayisədə soba mazutunun ixracı 33% azalıb.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər