Əhalinin etirazından sonra Pampersin qiyməti düşdü (FOTO)
Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini kəllə-çarxa qaldırılması əhali arasında böyük narazılığı səbəb olub. Qiymət artımı ən çox gənc ailələrin büdcəsinə mənfi təsir edib.
BAKU.WS-in məlumatına görə, bəzi mağazalar və supermarketlər alıcıların sosial şəbəkələrdə kütləvi şəkildə narazılığını nəzərə alaraq Pampersin qiymətini aşağı salıblar. Mağaza sahibləri bildiriblər ki, məhsulun qiymətini firmadan endiriblər.
Qeyd edək ki, Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini kəllə-çarxa qaldırılıb. Paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur. Bahalaşma xaricdə gətirilən məhsullarla yanaşı, yerli məhsullarda da özünü biruzə verir. Bununla bağlı "Yerli məhsulların qiyməti niyə bu qədər bahalaşır?” adlı yazımızda ətraflı bildirmişdik.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
Ziya Babayev BAKU.WSOxşar xəbərlər
Yerli məhsulların qiyməti niyə bu qədər bahalaşır? (CƏDVƏL)
Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini kəllə-çarxa qaldırdı. BAKU.WS-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsu...