SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xammal qiymətlərindəki sərt eniş 2015-ci ildə Kolumbiya pesosundan Rusiya rubluna qədər bir çox valyutanın dəyər itirməsinə səbəb olub.
 
BAKU.WS-in məlumatına görə, analitiklər dollar qarşısında ucuzlaşan valyutalara növbəti il üçün müsbət proqnoz veriblər. "Bloomberg" analitikləri hesab edir ki, neftlə sıx bağlı olan pul vahidləri bahalaşacaq. Xüsusilə, Rusiya rublu neftin qiymətindəki bahalaşmadan sonra 2016-ci ilin ilk rübündə dollar qarşısında nisbətən arta bilər.
 
Neftdən asılı olan milli valyutaların bahalaşacağı proqnozu manat üçün də nikbin danışmağa imkan verir. Ekspertlərin gələcək il üçün proqnozlarından belə nəticə çıxarmaq olar ki, Azərbaycan milli valyutası da digər neftdən asılı valyutalar kimi bahalaşacaq. Çili pesosu və Peru solu kimi sənaye metallarından asılı olan valyutaların isə ucuzlaşacağı gözlənilir.
 
Kanada dolları 10 ildən bu yana ən pis ilini yaşayır. Amma xam neftin qiymətindəki bahalaşma bu valyutanın dollar qarşısında möhkəmlənməsinə səbəb olacaq. Avstraliya və Yeni Zelandiya dollarlarında isə faiz güzəştləri edilməsi planları sözügedən valyutaların ucuzlaşacağına əsas verir.
 
 
Çin iqtisadiyyatındakı yavaşlama ixracatçılara mənfi təsir edir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin milli valyutası da 2008-ci ildən bu yana ilk dəfə ciddi şəkildə bahalaşa bilər. FED-in dolların uçot dərəcəsini artıracağı vaxtın qeyri-müəyyən olması, birjalarda nisbi sabitlik yuanın möhkəmlənməsinə zəmin yaradır. Analitiklərin fikrincə, xam neft və taxıl məhsulları gələn il bahalaşacaq. Qızıl kimi qiymətli metallar isə cuzi ucuzlaşacaq. 
 
Şahin Həbibov
BAKU.WS