EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Energetika Nazirliyinin Energetika İnformasiya Administrasiyası (EIA) Azərbaycanda gündəlik neft hasilatı üzrə 2027-ci il üçün proqnozunu sutkada 520 min barel səviyyəsində saxlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
Yenilənmiş rəqəmlərə əsasən, 2027-ci ilin birinci rübündə hasilat 530 min b/s təşkil edəcək.
2027-ci ilin ikinci və üçüncü rüblərinin hər birində hasilat sutkada 520 min barel təşkil edəcək.
Dördüncü rübdə EIA orta gündəlik hasilatın 510 min barel səviyyəsində olacağını gözləyir.
Xatırladaq ki, ABŞ Energetika Nazirliyi analoji göstəriciləri bir ay əvvəl açıqlamışdı.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...