Yeni ildə dollar ucuzlaşacaq

Yeni ildə dollar ucuzlaşacaq
İqtisadiyyat 12300

  

Dollar 2015-ci ili digər valyutalar qarşısında ucuzlaşaraq və bu ilki qazanclarının bir hissəsini geri verərək tamamlamağa hazırlaşır.

BAKU.WS-in məlumatına görə, bu barədə nüfuzlu "Bloomberg" agentliyi yazıb. Nəşrin məqaləsində qeyd edilir ki, ABŞ Mərkəzi Bankının (FED) faiz artırımına 2016-cı ilin ilk rübündə getmək ehtimalının 50%-dən aşağı olması ehtimalı dolların ucuzlaşmasına zəmin yaradıb.

İqtisadçıların fikrincə, çərşənbə günü açıqlanacaq hesabatda FED-in diqqətlə izlədiyi inflyasiyanın noyabr ayı üçün sürətləndiyi işarə olunacaq. İsveç kronu və Yeni Zelandiya dolları FED-in faiz artırımına getməsindən sonra 10 əhəmiyyətli pul arasında ən çox qazananlar olub. İngilis funt-sterlinqi və Kanada dolları isə əksinə ucuzlaşıb. 

Sidneydə National Australia Bank Ltd. şirkətinin eksperti Ray Atrilin fikrincə, bəzi investorların istəksiz olması dolların qiymətində azalmaya səbəb olub: "Əgər gələn il dollarda artım görmək istəyiriksə, o zaman FED ikinci faiz artırımını ilin ilk rübündə getməlidir. Əks təqdirdə gələn il dollar ucuzlaşmağa davam edəcək".

BAKU.WS

Oxşar xəbərlər

Manat necə "öldü"?

Manat necə "öldü"?

Manat Mərkəzi Bankın üzən məzənnə rejiminə keçmə qərarından sonra 45 valyuta qarşısında ucuzlaşıb. BAKU.WS məlumat verir ki, hazırda 1 dollar 1,55, 1 avro isə...

2687 İqtisadiyyat 22:03 22 dekabr 2015

Son xəbərlər