TNS klubunun baş məşqçisi Kreyq Harrison: "Cavab matçında nəticə qazanmağa çalışacağıq"
UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində "Sabah"a 1:0 uduzan TNS (Uels) cavab matçında nəticə qazanmağa çalışacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"la oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərini izah edib:
"Çox uzun məsafə qət etmişdik. Bu bizim üçün çətin oldu. Oyundan qopmağa və nəticə göstərməyə çalışdıq, amma olmadı. Cavab matçında nəticə qazanmağa çalışacağıq. Hədəfimiz burada vaxt itkisinə yol vermək deyil, yaxşı nəticə idi. Ev oyunlarımızda güclü rəqiblərə qarşı yaxşı göstəricilərimiz var. Ümid edirəm, bu göstəricilərdən biri də "Sabah"la cavab matçında olacaq".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
Oxşar xəbərlər
TNS-in baş məşqçisi məğlubiyyəti şərh etdi: "Topla daha çox oynayıb bizi yordular"
"Məlum olduğu kimi, çox uzun məsafə qət edib gəlmişdik". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi...