"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinə dollar manat məzənnəsi çərçivəsində yenidən baxılacaq".
 
Bunu BAKU.WS-ə Azərbaycan Respublikası Tarif Şurasından bildiriblər. Qurumdan bildirilir ki, yaxın müddətdə Tarif Şurası tərəfindən tənzimlənən dərmanların qiyməti ilə bağlı məsələnin detalları da müəyyənləşəcək.  
 
Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Şahin Həbibov
BAKU.WS