SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır.

BAKU.WS Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 1-də 72,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.

BAKU.WS