SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Rusiyalılar bazarda türk məhsulunun yoxluğu hiss etməyəcək".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksandr Tkaçov "Rossiya-1" kanalına açıqlamasında söyləyib. Rus nazir bildirib ki, ölkəni Türkiyəyə alternativ olan ölkələr ərzaq məhsulları ilə təchiz edə bilər. Nazirin sözlərinə görə, bu ölkələr Azərbaycan, Özbəkistan, Mərakeş və İsrail ola bilər.
 
 
Eyni zamanda, Rusiya İqtisadi İnkişaf Nazirliyindən bildirilir ki, Türkiyədən idxal olunan məhsulları başqa ölkələrdən qısa zamanda təmin etmək mümkün olsa, Rusiyada məhsulların qiyməti bahalaşmayacaq. 
 
Xatırladaq ki, bir müddət öncə Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya Türkiyə ilə iqtisadi, siyasi və hərbi əlaqələrini qeyri-müəyyə müddətə kimi dayandırıb. 
 
Şahin Həbibov
BAKU.WS