CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-də 69,89 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,3 dollar/barel çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-də 69,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 3-də 66,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 3-də 68,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

BAKU.WS