VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


PAŞA Sığorta şirkəti artıq müştəriləri yeni ofisdə qarşılayacaq.

PAŞA Sığorta şirkətinin baş ofisi M. Useynov prospekti, 61 ünvanında yerləşən "Sahil Plaza” adlanan yeni binaya köçür ("Dalğa Plaza ilə üzbəüz”). Baş ofisdə şirkət rəhbərliyi, müştəri xidmətləri,  sığorta iddiaları və hüquqi təminat departamenti də daxil olmaqla, şirkətin  bütün struktur bölmələri yerləşir. 

Qeyd etmək istərdik ki, PAŞA Sığorta şirkətinin baş ofisi L. Tolstoy 170 ünvanında yerləşirdi. Ofisin köçmə prosesi 30 yanvar-6 fevral tarixlərini əhatə edəcək. Şirkətin baş ofisində yerləşən  müştəri xidmətləri, sığorta iddiaları və hüquqi təminat departamenti 6 fevraldan etibarən artıq yeni ünvanda müştəriləri qarşılayacaq.

Şirkətin əlaqə nömrələri də dəyişib : (012) 5051222, (012) 5051221 (faks).

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta  korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir.  Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
 
BAKU.WS