SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın “Qazprom” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

“Report” “Qazprom”un məlumatına istinadən xəbər verir ki, müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerlə SOCAR prezidenti Rövşən Nəcəf arasında bu gün keçirilən işgüzar görüşündə aparılıb.

“Tərəflər qaz sahəsində şirkətlər arasında əməkdaşlığın cari və gələcək məsələlərini nəzərdən keçiriblər”, - məlumatda deyilir.

BAKU.WS