WUF13 üçün çəkilən zolaqlara bu halda GİRMƏK OLAR - Əks halda CƏRİMƏ OLUNACAQSIZ
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) səbəbilə bəzi küçələrə müvəqqəti xüsusi zolaqların çəkilməsinə başlanılıb.
BAKU.WS xəbər verir ki, artıq bəzi yollarda mövcud olan buz zolaqlara məlumatverici nişanlar quraşdırılanadək daxil olmaq olar.
Belə ki, AYNA-nın məlumatına görə, əgər zolaqlarda Avtobus zolağı olduğunu bildirən nişan varsa bura daxil olmaq olmaz, yoxdursa olar.
Tədbir başa çatdıqdan sonra həmin müvəqqəti zolaqlar ləğv ediləcəl və yollarda hərəkət əvvəlki qaydada tənzimlənəcək.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyası mayın 17–22 tarixlərində baş tutacaq.
Oxşar xəbərlər
Leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Azərbaycan ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. BAKU.WS xəbər verir ki, bu bar...