"Simpsonlar" hantavirus yayılmasını illər əvvəl proqnozlaşdırıb? - Şok İDDİA
Məşhur "Simpsonlar" animasiya serialının Atlantik okeanında baş verən hantavirus hadisəsini illər əvvəl "proqnozlaşdırdığı" iddia olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "The Daily Mirror" nəşri yazıb.
Məlumata görə, 2012-ci ildə yayımlanan serialın 23-cü mövsümünün 19-cu seriyasında Homer Simpson ailəsi ilə birlikdə kruiz gəmisində səyahət edir. Lakin onların istirahəti gəmidə təhlükəli "Pandora" virusunun yayılması xəbərdarlığından sonra yarımçıq qalır.
Serialda televiziya vasitəsilə çıxış edən general Uilyam Sallivan sərnişinlərə virusun sürətlə yayıldığını bildirir və bundan sonra gəmidə panika başlayır.
Nəşr qeyd edir ki, "Simpsonlar" uzun illərdir müxtəlif dünya hadisələrini öncədən "təxmin etməsi" ilə məşhurdur. Bunlar arasında Donald Trumpın ABŞ prezidenti seçilməsi kimi hantavirusla bağlı son hadisə mayın 4-də gündəmə gəlib. MV Hondius adlı kruiz gəmisi Argentinadan Cape Verdeyə doğru Atlantik okeanı üzərindən hərəkətdə olarkən sərnişinlərin bir hissəsində ağır respirator xəstəlik əlamətləri müşahidə olunub.
Oxşar xəbərlər
Ukraynadan Rusiyaya rekord PUA hücumu: Bir gecədə 822 dron vuruldu
Ukrayna avqustun 16-na keçən gecə Rusiyaya qarşı 2026-cı ilin ən genişmiqyaslı PUA hücumunu həyata keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...