"34 ildən sonra dədə-baba torpaqlarımıza qayıtdıq" - Kərkicahanda həyat yenidən canlanır
İllərlə davam edən həsrət, xatirələrdə yaşayan doğma yurd. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç edən ailələr üçün yeni həyat başlayır.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu ailələrdən biri də Səlimovlar ailəsidir. Bərpa və quruculuq işlərinin sürətlə aparıldığı ərazidə həyat tədricən əvvəlki ritminə qayıdır.
"Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə cansağlığı versin. Veteranlarımızı qorusun. Dövlətimizi, Ordumuzu, Ali Baş Komandanımızı qorusun. Onların sayəsində 34 ildən sonra yenidən dədə-baba torpaqlarımıza qayıtdıq. Şəraitimiz də, dolanışığımız da yaxşıdır, əkin-biçinlə məşğul oluruq", - deyə Kərkicahan sakini Knyaz Səlimov bildirib.
Oxşar xəbərlər
Bakıda tikiləcək yeni metrostansiyaların sayı açıqlandı - RƏSMİ
Dövlət proqramı çərçivəsində paytaxtda 10 yeni metro stansiyasının inşası planlaşdırılır. BAKU.WS xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal...