Tramp Pekinə rəsmi səfərə yollanıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində onu ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri müşayiət edir.
BAKU.WS xəbər verir ki, heyətdə dövlət katibi Marko Rubio, müdafiə katibi Pit Heqset, xəzinədarlıq katibi Skott Bessent və digər rəsmi şəxslər yer alıblar.
Səfər zamanı əsas müzakirə mövzularının Tayvan məsələsi, həmçinin Çinin İranla münasibətləri olacağı bildirilir. Mayın 14-15-də Pekində Prezident Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü planlaşdırılır.
Bu, Donald Trampın prezident kimi Çinə ikinci rəsmi səfəridir. O, bundan əvvəl 2017-ci ildə Pekində olmuşdu.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...