Obyekt sahibi ilə sakinlər arasında terras davası
Nərimanov rayonu, Azadlıq prospekti, 114 ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində obyekt kimi fəaliyyət göstərəcəyi bildirilən məkan sakinlərin narazılığına səbəb olub.
Sakinlər Baku TV-yə bildiriblər ki, obyektin qarşısında əlavə tikinti aparılmasından narahatdırlar və bu, onların rahatlığının pozulmasına səbəb olacaq.
"Maşınlarımızı burada saxlamağa qoymurlar. Amma özləri avtomobillərini yaşıllığın üstündə saxlayırlar. Dəmir konstruksiya quraşdırmışdılar. Təzyiq göstəriləndən sonra söküldü", - deyə şikayətçi Tofiq Qurbanov narazılığını dilə gətirib.
Sözügedən obyektdən isə bildirilib ki, əslində, bu hissənin o binanın həyəti ilə heç bir əlaqəsi yoxdur. Bu ərazi binanın önündə yol kənarına aid sahədir. Burada fəaliyyət göstərəcək obyekt isə sadə bir kofe məkanıdır, hansısa bir gecə klubu və ya restoran deyil.
"Yay aylarında terras hissədə mövsümi xidmət göstərilməsi qanunamüvafiq olaraq icazə veriləndir. Bu hissədə bir neçə mövsümi masaların yerləşdirilməsi planlaşdırılır. Bura əvvəl zibil içində olan baxımsız palçıq sahə olub. Ərazi təmizlənib, abadlaşdırılıb. Qanuni olaraq mövsümi xidmət göstərilməsi nəzərdə tutulub", - deyə əlavə edilib.
Oxşar xəbərlər
Şəmkirdə 62 yaşlı kişi bazarda öldü
Şəmkir rayonunda kişi bazarda ölüb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Fərman Məmmədovun bazar ərazisində qəfil halı pisləşib...