Lökbatanda yanan "Kontakt Home"un anbarı olub
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın "Kontakt Home"un anbarı olub.
BAKU.WS xəbər verir ki, bu barədə şirkətin sosial media hesablarında məlumat paylaşılıb.
"Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 60 atış həyata keçirib. Bu barədə BAKU.WS-ə FH...