Bakıda tikiləcək yeni metrostansiyaların sayı açıqlandı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət proqramı çərçivəsində paytaxtda 10 yeni metro stansiyasının inşası planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, şərti adı B4 olan stansiyanın cari ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir, çünki orada əsas mühəndis işləri tamamlanıb və daxili tərtibat prosesinə başlanılıb. Digər 9 stansiya üçün bu il tender elan ediləcək və növbəti ildən tikinti işlərinə start veriləcək:
"Yaşıl xətt üzrə inkişaf əsasən şəhərin şərq hissəsini əhatə edəcək və 2030-cu ilə qədər dörd yeni stansiyanın - Y-14, Y-15, Y-16, Y-17 - inşası ilə "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətinə qədər olan boşluq doldurulacaq. Bu stansiyalar Ağ Şəhər, 8 Noyabr prospekti və Nargilə dairəsi kimi strateji nöqtələrdə yerləşəcək. Bənövşəyi xətt üzrə isə şəhər mərkəzində şaxələndirmə yaratmaq məqsədilə 6 yeni stansiyanın - B-4-dən B-8-ə qədər - tikilməsi nəzərdə tutulur. B-5 (Nizami), B6A (Sahil) və B7 (Xətai) stansiyaları mövcud xətlərlə kəsişərək qovşaq və keçid funksiyasını yerinə yetirəcək.
Binəqədi, Yasamal və Xırdalan kimi ərazilərə metronun çəkilməməsi isə texniki səbəblərlə izah olunur. Şəhərin mərkəzi hissəsi alternativ keçidlərlə şaxələndirilmədən birbaşa kənar qəsəbələrdən xətlər çəkilərsə, mövcud mərkəzi infrastruktur həddindən artıq yüklənərək iflic ola bilər. Bakının "rəqəmsal əkizi" üzərində aparılan simulyasiyalara əsasən, ilk növbədə, Bənövşəyi xəttin şəhər mərkəzinə tam inteqrasiyası hədəflənir. Bu xətt mərkəzə tam uzadıldıqdan sonra Xırdalan, Masazır, Sumqayıt, Bakı-Şamaxı istiqamətindən gələn sərnişin axınını effektiv şəkildə qarşılamaq mümkün olacaq".
Oxşar xəbərlər
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. BAKU.WS xəbər verir ki, bu...