Blogerə nişanında 45 kiloqram qızıl taxıldı - Ayaqüstə dayana bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə daha bir mərasim təmtərağı ilə səs-küyə səbəb olub.
BAKU.WS xəbər verir ki, sosial media fenomeni Çağla Öz "Kara Haydar" ləqəbi ilə tanınan vanlı iş adamı Haydar Kara ilə nişanlanıb.
Cütlüyün xoş günü lüks oteldə keçirilib. Mərasim zamanı Çağla Özə xeyli sayda qolbaqlar, sırğalar boyunbağılar və müxtəlif zinət əşyaları taxılıb.
Dubayda yaşayan Haydar Kara nişanlısının ondan çəkisi qədər qızıl tələb etdiyini deyib. O da bildirilib ki, nişan zamanı Çağla Özə 45 kiloqram zinət əşyası taxılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Çağla Özün taxılan qızılların ağırlığından rahat hərəkət edə bilmədiyi əks olunub. O dayana bilməyərək əyləşmək məcburiyyətində qalıb.
Mərasimdən olan videolar qısa zamanda geniş müzakirələrə səbəb olub.
İstifadəçilərin bir qismi nişandakı dəbdəbəni tənqid etsə də, digərləri bunu bölgənin toy və nişan ənənələrinin bir hissəsi kimi qiymətləndirib.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türki...