Dünyanın ən böyük neft şirkətlərindən biri 48 milyonluq prezervativ sifariş verdi
"Rosneft" şirkəti 48 milyon rubl məbləğində prezervativ alışı ilə bağlı tender elan edib.
BAKU.WS-in məlumatına görə, sözügedən elan şirkətin rəsmi saytında da yerləşdirilib.
Elanda bildirilir ki, "RN-Moskva" Açıq Səhmdar Cəmiyyəti istehlak olunan (prezervativlər) malları almaq niyyətindədir. Sənədlərdə məhsula tələblər göstərilib.
"Rosneft" şirkətindən bildirilir ki, Moskvada prezervativlər — yaxşı gəlir gətirdiyi üçün şirkət bu satışla məşğul olmaq qərarına gəlib.
Qeyd edək ki, "Rosneft" — Rusiya neftqaz şirkətidir. Onun 69,5% səhmi dövlətə aiddir. Neft istehsalına görə dünyada ən böyük şirkətdir. "Rosneft" 2012-ci ildə gəlir həcminə görə, Rusiya şirkətləri arasında üçüncü yeri tuturdu.
BAKU.WS
Oxşar xəbərlər
Dünyada ucuz neft erası bitir, "qara qızıl" sürətlə bahalaşır
Brent nefti istehsalın yanvar səviyyəsində dondurulacağı xəbərlərindən sonra bir barel üçün qiymət 40 dollar səviyyəsinə yüksəlib. BAKU.WS-in məlumatına görə,...