BP 4 min işçisini ixtisar edəcək
Britaniya neftqaz şirkəti BP neftin qiymətinin kəskin ucuzlaşması fonunda 4 mindən çox əməkdaşını ixtisar etmək niyyətindədir.
BAKU.WS-in məlumatına görə, şirkətin rəsmi açıqlamasında qeyd olunur ki, 2017-cı ilə qədər işçilərin ümumi sayı 24 mindən 20 minə qədər azaldılacaq. İxtisara düşənlər arasında Şimal dənizindəki yataqların işlənməsində cəlb edilmiş təxminən 600 əməkdaşları da var.
"BP North Sea" şirkətinin rəhbəri Mark Tomasın sözlərinə görə, 2016-cı ildə şirkət Şimal dənizində böyük layihələrə 2 milyard dollar, istehsal fəaliyyətinə isə əlavə olaraq 2 milyard dollar sərmayə qoymaq niyyətindədir.
Şirkət rəhbəri indiki bazar şəraitində rəqabətə davamlılığı saxlamaq üçün ixtisarlara getməyə məcbur olduqlarını bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Səudiyyə kralından gözlənilməz addım
Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti (ARAMCO) birjadakı səhmlərini açıq satışa çıxaracaq. BAKU.WS-in məlumatına görə, şirkət açıq satışda sadə vətəndaşların...