Dünyada ucuz neft erası bitir, "qara qızıl" sürətlə bahalaşır
Brent nefti istehsalın yanvar səviyyəsində dondurulacağı xəbərlərindən sonra bir barel üçün qiymət 40 dollar səviyyəsinə yüksəlib.
BAKU.WS-in məlumatına görə, müddətli neft müqavilələrinin Londonda bazar ertəsi günü dekabr ayından bu yana ilk dəfə 40 dolların üzərində bağlanması neft istehsalçılarını sevindirib. ABŞ-da çərşənbə günü açıqlanacaq olan rəsmi neft ehtiyatları məlumatının 3,5 milyon barel artması gözlənilir.
Ekvadorun Xarici İşlər Nazirliyi Latın Amerikadan olan neft istehsalçılarının cümə günü neft qiymətləri ilə bağlı toplantı olacağını açıqlayıb. Bununla yanaşı, Rusiya ötən həftə böyük neft istehsalçıların 1 aprelə qədər bir araya gələcəklərini açıqlayıb.
"Saxo Bank" əmtəə strategiya müdiri Ole Hansen "Bloomberg" agentliyinə neftin qiymətləri ilə bağlı danışıb. O bildirib ki, əsas göstəricilər hələ tam dəqiqləşməsə də, ancaq son bir neçə həftədir bazarda gedən proseslər müsbət istiqamətdə dəyişib. Analitiklər hesab edir ki, artıq neftin qiyməti 20 dollar dövrünü geridə qoyub. Güman edilir ki, ən azı yaxın müddətdə neft ucuzlaşmayacaq.
Neft Londonda yanvar ayında son 12 ilin ən aşağı səviyyəsini gördükdən sonra, istehsalın dondurulması xəbərlərindən sonra sürətlə bahalaşıb. Rusiya Energetika naziri Aleksandr Novak Rusiya dövlət televiziyasına verdiyi açıqlamasında böyük neft istehsalçılarının istehsalı dayandırmağı görüşmək üçün 20 mart - 1 aprel arasında Moskva, Doha və ya Vyanada bir araya gələ biləcəyini söyləyib.
BAKU.WS
Oxşar xəbərlər
Neft sürətlə bahalaşır
Dünya bazarlarında xam neftin qiyməti artmaqda davam edir. BAKU.WS-in məlumatına görə, WTI markalı xam neftin qiyməti 0,69 dollar (1,92%) artaraq 36,61 dollar...