Azərbaycanlı milyarder Mübariz Mənsimov 1,3 milyardlıq vergidən yayınmada günahlandırılır
Azərbaycan əsilli iş adamı Mübariz Mənsimova qarşı vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.
BAKU.WS-in məlumatına görə, iş adamının sahib olduğu "Palmali Holdinq" yükdaşıma şirkətinə Rusiyada vergi yayındığı iddiası açılıb. Şirkət 1,3 milyard rubl vergidən yayınmaqda günahlandırılır.
Rusiyanın Rostov-na-Donu vilayətində vergidən yayındığı iddiasıyla "Palmali Holdinq" məhkəməyə verilib. Şirkət, qazancının az olduğunu göstərərək ödənməsi lazım olan 1,3 milyard rublu ödəməyib.
Xəbərə görə prokurorlar, şirkət rəhbərinin 2010 və 2011-ci illərdə gəlir bəyannaməsində dəyişiklik etdiyini iddia edir. Gəlir nisbətini vergi dairəsinə səhv bildirən şirkətin, beləliklə 2010-ci ildə 881 milyon rubl, 2011-ci ildə isə 401 milyon rubl az vergi ödədiyi iddia edilir.
Şirkətin Rusiyada Volqoqrad, Həştərxan, Novorossiysk, Moskva və Sankt-Peterburq şəhərlərində və digər ölkələrdə nümayəndəlikləri var.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda banklara qoyulan əmanətlər vergidən azad edilir
Azərbaycan banklarına qoyulan əmanətlər vergidən azad edilir. BAKU.WS-in məlumatına görə, bu barədə "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun la...