Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verildi
Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib. BAKU.WS-in məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. APA-nın əldə etdiyi məlumata görə, R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bankın külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən filial əməkdaşı ölkədən qaçdı
Azərbaycanda bank əməkdaşı beynəlxalq axtarışa verilib. BAKU.WS-in məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur...