Azərbaycanda 300 min mənimsəyən şirkət rəhbəri beynəlxalq axtarışa verilib

Azərbaycanda 300 min mənimsəyən şirkət rəhbəri beynəlxalq axtarışa verilib
Hadisə 1218

Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib. BAKU.WS-in İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən "Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib. Şikayətçilərdən birinin verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı rektor həbs edildi

Azərbaycanlı rektor həbs edildi

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə R. Əliyevin tə...

1353 Hadisə 15:19 05 oktyabr 2015

Son xəbərlər