Azərbaycanda yüzlərlə vətəndaşı aldadaraq ölkədən qaçan şəxs axtarışa verildi

Azərbaycanda yüzlərlə vətəndaşı aldadaraq ölkədən qaçan şəxs axtarışa verildi
Hadisə 991

 

Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib.

APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub. Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb. Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir.

Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub. Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 300 min mənimsəyən şirkət rəhbəri beynəlxalq axtarışa verilib

Azərbaycanda 300 min mənimsəyən şirkət rəhbəri beynəlxalq axtarışa verilib

Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib. BAKU.WS-in İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd M...

1218 Hadisə 12:26 26 oktyabr 2015

Son xəbərlər