SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasının Mərkəzi Bankı iyulun 11-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

BAKU.WS Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
 
Depozit hərracının müddəti 30 gündür. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01-6,99 faiz təşkil edir.
 
Qeyd edək ki, AMB bu hərracları keçirməklə manat cəlb edir və son nəticədə manat qıtlığı yaradır. Dolayısı yolla əlində manatı azalan vətəndaşın dollara olan tələbatı azalır. Bununla da dolların bahalaşmasının inzibati yolla qarşısı alınır.  
 
BAKU.WS