Mərkəzi Bankdan dollarla bağlı növbəti addım
Azərbaycan Respublikasının Mərkəzi Bankı iyulun 11-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
BAKU.WS Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 30 gündür. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01-6,99 faiz təşkil edir.
Qeyd edək ki, AMB bu hərracları keçirməklə manat cəlb edir və son nəticədə manat qıtlığı yaradır. Dolayısı yolla əlində manatı azalan vətəndaşın dollara olan tələbatı azalır. Bununla da dolların bahalaşmasının inzibati yolla qarşısı alınır.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank dolların bahalaşmasına qarşı addım: 50 milyon manat
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək. "Marja" xəbər verir ki, 4 iyul 2016-cı...