Mərkəzi Bank dolların bahalaşmasına qarşı addım: 50 milyon manat

Mərkəzi Bank dolların bahalaşmasına qarşı addım: 50 milyon manat
İqtisadiyyat 2622

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

"Marja" xəbər verir ki, 4 iyul 2016-cı il tarixində keçiriləcək hərracda 4,01%-6,99% dərəcəsi ilə 50 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərracın müddəti 1 aydır. Dolayı hərrac Blumberq ticarət sistemində keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. 13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirildi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bildi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil etmişdi.

Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.

BAKU.WS

Oxşar xəbərlər

Dollar: ilin ən yuxarı və aşağı qiymətləri

Dollar: ilin ən yuxarı və aşağı qiymətləri

AMB 1Transparency.az bildirir ki, aprelin 26-da ABŞ dolları 2016-cı ilin ən aşağı qiymətinə təklif olunur. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5006 manat mü...

1500 İqtisadiyyat 20:05 26 aprel 2016

Son xəbərlər