11 sentyabr hadisələrindən 25 il ötür
25 il əvvəl, yəni sentyabrın 11-i Amerika Birləşmiş Ştatlarında dünyanı dəhşətə gətirəcək və ağılasığmaz terror aktı baş verdi.
Nyuark, Boston və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə yola düşən 4 sərnişin təyyarəsi qaçırıldı.
Hava nəqliyyatları ABŞ-da yerləşən "Əkiz Qüllələr"ə çırpılaraq qəzaya uğradı. Bu binalar dünyanın gözü qarşısında anbaan məhv olarkən buna səbəb olan ölkələr Əfqanıstan və İraq göstərildi.
Lakin daha sonra Amerika terrorla mübarizə çərçivəsində Əfqanıstanda başlatdığı müharibəyə son verərək ordusunu geri çəkdi.
Bununla da ABŞ, Əfqanıstanda 10 minlərlə insan ölümünə və trilyon dollara səbəb olan 20 illik işğalı dayandırdı. 11 sentyabr hadisələri hər zamankından fərqli olaraq bu il "müharibəsiz" anılır.
Həmin faciədə 3 000-dən çox insan həlak olub.
11 sentyabrdan sonra cavab olaraq Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Gömrük Xidməti, İmmiqrasiya və Naturalizasiya Xidməti, ABŞ Sahil Mühafizəsi və Federal Fövqəladə İdarəetmə Agentliyi də daxil olmaqla 22 dövlət qurumu birləşdirildi.
Konteyner Təhlükəsizliyi Təşəbbüsü ilə dəniz konteyner yüklərinin 80%-dən çoxu ABŞ-a girmədən öncə yoxlanılır.
Qalereya
Oxşar xəbərlər
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikililin üzərinə yığı...