VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

"Marja" xəbər verir ki, 4 iyul 2016-cı il tarixində keçiriləcək hərracda 4,01%-6,99% dərəcəsi ilə 50 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərracın müddəti 1 aydır. Dolayı hərrac Blumberq ticarət sistemində keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. 13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirildi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bildi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil etmişdi.

Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.
 
BAKU.WS