Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

"Apple"ın son əhəmiyyətli yeniliyi Stiv Cobsun təqdim etdiyi "iPhone" olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsi və "WhatsApp" mesencerinin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında deyib.
Söhbət zamanı Roqan bir şirkətdən asılı olmaq istəmədiyi üçün "iPhone"dan "Android"ə keçdiyini söyləyib.
Zukerberq "Apple"ın qaydalarının digər istehsalçılar üçün maneələr yaratdığı ilə razılaşıb. O qeyd edib ki, qapalı ekosistem xüsusilə "AirPods" kimi məhsullarda rəqabəti məhdudlaşdırır və istifadəçiləri daha da yaxşı cihazlardan məhrum edir.
O, həmçinin "Apple"ın öz ekosistemi ilə bağlı siyasətini tənqid edib.
Podkast zamanı Zukerberq sosial şəbəkələrə senzura tətbiq edən, hətta memlərin silinməsini tələb edən Bayden administrasiyasının hərəkətlərindən narazılığını bildirib və kəşfiyyat orqanlarının "WhatsApp" istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.
Oxşar xəbərlər
Vens 2028-ci il prezident seçkilərində namizəd ola bilər - Rubio
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizədliyini irəli sürə biləcəyi istisna edilmir....