Zelenskiyə Prezident Administrasında sui-qəsdə cəhd olub
Ukrayna Prezidenti Vladimir Zelenski öz həyatına qarşı bir neçə sui-qəsd cəhdinin olduğunu bəyan edib.
BAKU.WS xəbər verir ki, bu hadisələrdən biri Kiyevdə yerləşən Prezident Administrasiyasının binasında baş verib.
Zelenski qeyd edib ki, həmin sui-qəsd cəhdi zamanı bina daxilində atışma olub və bir neçə nəfər həyatını itirib.
Qeyd edək ki, Ukrayna təhlükəsizlik xidmətləri dəfələrlə ölkənin ali rəhbərliyinə qarşı mümkün təxribatlar və hücumların qarşısını aldıqlarını bildiriblər. Prezidentin təhlükəsizliyi isə ciddi şəkildə qorunur və onun hər hansı ictimai çıxışı və ya səfəri yüksək təhlükəsizlik tədbirləri altında həyata keçirilir.
Müharibə başlayandan bəri Ukrayna xüsusi xidmət orqanları bir neçə dəfə Rusiya tərəfindən göndərilən diversiya qruplarının dövlət başçısını hədəf almaq niyyətində olduqlarını açıqlayıblar.
Oxşar xəbərlər
Dəniz rəngini dəyişdi - SƏBƏB
Qara Dənizin məşhur turizm mərkəzlərindən olan Bartın şəhərinin İnkumu kurortunda, güclü yağış və fırtınadan sonra çaydan axan palçıq qarışığı su sahilə tökülüb...