Zelenski: Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, "Shahed"lər. Gündüz saatlarında "Shahed"lər və aviasiya bombaları ilə yeni zərbələr endirildi", – o bildirib.
Ukrayna lideri Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinin, habelə hava hücumundan müdafiə daxil olmaqla, Ukraynaya dəstək üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
"Biz tərəfdaşlardan operativ tədarüklərə və kifayət qədər istehsalın təmin olunacağına böyük ümid edirik. Qərar qəbul edən bütün tərəflərlə daim əlaqə saxlayırıq. Tədarük qrafikinə əməl olunmalıdır", – o yekunlaşdırıb.
Oxşar xəbərlər
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI
Meksikanın Sinaloa ştatında narkokartel rəhbəri Fausto İsidoronun tutulması məqsədilə keçirilən əməliyyat Quasave şəhərində silahlı qarşıdurma və ciddi qarışıql...