"YouTube"nin işində problemlər yaranıb
"YouTube" istifadəçiləri videoların oynatma keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü bildirirlər.
BAKU.WS xəbər verir ki, bu barədə şikayətlərə istinadən Android Authority portalı məlumat yayıb.
Şikayətlərə görə, problem ilk növbədə iOS cihazları, kompüterlər və smart televizorların sahiblərinə təsir edib. Eyni zamanda, Android cihaz istifadəçiləri belə nasazlıqlar barədə məlumat vermirlər.
"Mən hər dəfə video və ya YouTube Shorts oynayanda videolar 144p kimi çox, çox aşağı keyfiyyətdə açılır. Bilirəm ki, keyfiyyəti istədiyim kimi dəyişə bilərəm, amma bu işləmir və bu, əvvəllər mənim başıma gəlməyib", - Reddit istifadəçilərindən biri şikayətlənib.
"YouTube" nümayəndələri problemin mövcudluğunu rəsmən etiraf edib və artıq onun aradan qaldırılması üçün çalışdıqlarını bildiriblər.
Oxşar xəbərlər
"Ekol TV"də qanunsuz maliyyə axını üzrə istintaq genişlənir: Şübhəlilərdən biri Mübariz Mənsimovdur
Türkiyədə Küçükçekmece Baş Prokurorluğu tərəfindən "Ekol TV"nin maliyyə mənbələrinə dair başladılan istintaq çərçivəsində kanalın qanunsuz mərc və çirkli pullar...