Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu
Yaxın Şərqdə münaqişə yenidən böyüyüb. ABŞ ilə İran arasındakı gərginlik yeni hücumlarla davam edir.
BAKU.WS xəbər verir ki, İranda ard-arda partlayışlar olub. Ölkənin Buşehr şəhərində dörd məkan raket zərbəsinə məruz qalıb, Bəndər Abbas yaxınlığında isə bir sıra partlayışlar baş verib.
İran Hörmüz boğazında geri çəkilməyəcəyini açıqlayıb, ABŞ isə İsraildən tanker təyyarələrinin təxliyəsini dayandırıb.
Hücumlardan sonra ərazidə təhlükəsizlik tədbirləri artırılıb.
İran mediasının məlumatına görə, ABŞ-nin Hörmüzqan əyalətinə endirdiyi hava hücumu nəticəsində üç nəfər həlak olub.
Xəbərdə hücumun ətraf mühitin mühafizəsi stansiyasını və yem anbarını hədəf aldığı və həyatını itirənlərin park meşəbəyisinin ailə üzvləri olduğu bildirilirdi.
Son hücumlar dünyanın ən vacib enerji tranzit nöqtələrindən birini hədəfə alıb.
Qalereya
Oxşar xəbərlər
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
Kiyev son bir həftə ərzində Rusiya ərazisinə gündə 850 dəfəyə qədər zərbə endirib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazir...