Yaşı 45-i keçsə də, gözəlliyi ilə zamana meydan oxuyan TÜRKİYƏLİ MƏŞHURLAR

Yaşı 45-i keçsə də, gözəlliyi ilə zamana meydan oxuyan TÜRKİYƏLİ MƏŞHURLAR
Foto
Dünya 1022

Bəzi türkiyəli məşhurlar fit və qüsursuz görünüşləri ilə daim müzakirələrə səbəb olurlar. Hər zaman formada qalmaq demək olar ki, onların həyat tərzinə çevrilib. Elə qadın məşhurlar var ki, yaşı 45-i, 50-ni keçsə də fit və qüsursuz görünüşünü qoruyub saxalaya bilib. Onlar buna idmanla, pəhriz yeməkləri ilə ya da özlərinə aid xüsusi vərdişlərlə nail olublar. İndi isə gəlin görək kim, hansı üsulla formada qalır? 1972, 1977, 1979-cu illərdə dünyaya gələn bu məşhurlar necə olur ki, 20 yaşlı gənc qız kimi görünürlər?

Bu dəfə BAKU.WS oxuculara yaşları artsa da gözəlliyi ilə diqqət mərkəzində qalan o məşhurların adlarını təqdim edir:

Aktrisa və müğənni Defne Samyeli -53 yaş

53 yaşı olmasına baxmayaraq hələ də gözəlliyi ilə diqqət çəkən Defne Samyelinin gənc görünür. O bu yaşda gənc qalmağının sirrini gündəlik rutinlərinə borcludur. 

Defne qeyd edib ki, yuxudan oyanan kimi bədənimi quru fırça ilə fırçalayır, sonra soyuq su ilə duş alır. Samyelinin gözəllik sirri təkcə xarici gözəlliklə məhdudlaşmır. Müğənni "Bir az darıxsam, ya idman edirəm, ya da üzümə qulluq edirəm. Bu mənim hobbimdir. Hərəkət dərmandır" deyə gözəllik sirlərinə əlavələr edib. 

Model Demet Şener - 48 yaş

Türkiyəli keçmiş gözəl Demet Şenerin 48 yaşı var. O həmişə gənc qalmaqla bağlı "İnsanın özünü gözəl və yaxşı hiss etməsi ən vacib şeydir" sözlərini söyləyib. Demetin gözəllik sirri isə hər gün 40 dəqiqə etdiyi üz maskası və idmandır:

"48 yaşındayam. Özümə çox yaxşı qulluq edirəm. Hər gün 40 dəqiqə ərzində üzümə maska çəkirəm. İdmanla məşğul oluram. Amma zamana qarşı gəlmək üçün dəstək də vacibdir. Əmək də verəcəyik amma dəstək də mütləqdir...".

Model və pilates mütəxəssisi Ebru Şallı - 48 yaş

Model və pilates mütəxəssisi Ebru Şallı hər zaman fiziki görünüşü ilə diqqət mərkəzində olur. 48 yaşı olmasına baxmayaraq, 20 yaşlı manikenlərə meydan oxuyur. O bunu ilk növbədə pilatesə borcludur. Lakin E. Şallının daha bir sirrini də açıqlayıb. O evdə hazırlanan turşuları çox sevir. Ebru heç bir qatqı maddəsi ehtiva etməyən, təbii tərəvəzlərdən hazırladığı turşular sayəsində dərisinin tərtəmiz olduğunu etiraf edib. 

Model və aparıcı Çağla Şıkel - 46 yaş

Türkiyəli model Çağla Şikelin gözəllik sirri isə qəribədir. Müsahibələrdən birində necə formada qaldığından söz açan model gözəlliyini dedi-qodulardan uzaq qalmağa borclu olduğunu bildirib.

"Qorxunun əcələ faydası yoxdur. Yaxşı yeyirəm, tez yatıram, erkən oyanıram. Pis əlaqələrdən, dedi-qodulardan uzaq dururam. Həftənin 3 günü idman edirəm. Mənfi olan hər şeydən qaçıram" deyə, Çağla vurğulayıb.

Model İvana Sert - 46 yaş 

İvana Sert "İşte benim stilim" yarışmasında münsif kimi məşhurlaşıb. Xarici görünüşü ilə tez-tez Türkiyə mətbuatında manşet olan İvanın da özünəməxsus gözəllik hiylələri var.

O dərisinin gənc qalması üçün çoxlu maye qəbul edir və tərkibində maye olan meyvə və tərvəzlər yeyir. Beləcə vücudundakı toksinləri atıb, daha canlı dəriyə sahib olur. hər gün efirdə olduğu üçün çox makiyaj edir. Buna görə də dərisi qızarır. Bu səbəbdən hər axşam makiyajını təmzilədikdən sonra üzünü sakitləşdirmək üçün "Bepanthem" məlhəmi istifadə edir. Yağlı dərisi olduğu üçün yediklərinə diqqət edir.

Xüsusən də dərisi tez-tez parladığı üçün kirşanını həmişə yanında gəzdirir. Kirşan dərisinin parlamasını azaldır və makiyajın axmasına mane olur.

Zöhrə Pənah

Son xəbərlər