Yarımmarafonda yarışan iki qaçışçı öldü

Bazar günü Madriddə yarımmarafonda iştirak edən iki kişi ürək problemlərindən dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə "Eldiario.es" portalı məlumat yayıb.
Bildirilib ki, ölənlərdən birinin 35 yaşı olub. Qeyd olunub ki o, infarkt keçirib. Daha sonra huşunu itirib və xəstəxanaya aparılıb və orada ölüb. İkinci kişinin isə 20 yaşı olub və o da ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlər onu xilas edə bilməyiblər.
Yarımmarafonda 27 min nəfərin iştirak etdiyi, 50 iştirakçının tibbi yardıma ehtiyacı olduğu bildirilir. Yarışın 24 illik tarixində dörd iştirakçı ölümü baş verib, əvvəlki ölümlər 2005 və 2010-cu il yarışlarında baş verib.
Oxşar xəbərlər
Dohada Əfqanıstan-Pakistan danışıqları keçiriləcək
"Oktyabrın 18-də Dohada Əfqanıstan və Pakistan nümayəndə heyətlərinin görüşü keçiriləcək". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda hak...
