"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
Rusiyada istifadəçilər "Yandex" şirkətinin bir sıra xidmətlərində ciddi nasazlıqların yarandığını bildiriblər.
BAKU.WS xəbər verir ki, hadisə barədə məlumat "Downdetecto"r platformasında yer alıb və orada çoxsaylı şikayətlər qeydə alınıb.
Məlumata görə, şikayətlər 24 noyabr səhər saat 09:00-dan etibarən daxil olmağa başlayıb. Xəbər yayılarkən "Downdetector" yüzdən çox müraciət qeydə alıb.
Ən çox problem "Yandex Pay" xidmətində müşahidə olunur - istifadəçilər ödəniş və köçürmələr zamanı çətinliklərlə üzləşiblər. Bundan başqa, "Yandex Taksi" və şirkətin digər tətbiqlərində də nasazlıqlar yaşayanlar olub.
Problemin "Yandex Cloud" bulud infrastrukturunda baş verən texniki nasazlıqla bağlı ola biləcəyi bildirilir. Bu, şirkətin serverlərində yerləşən saytların işində baş verən problemlərlə də təsdiqlənir. "Anti-Malware" və "Wylsa.com" resursları da nasazlıq barədə məlumat verib.
Şikayətlər Moskva, Tomsk, Pskov, Belqorod və Moskva vilayəti də daxil olmaqla müxtəlif regionlardan daxil olur.
Oxşar xəbərlər
Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının dəniz blokadasının yarılması və "təxribat donanması" ilə bağlı gəmilərin...