Vatikanda kritik gün: Yeni Papa seçilməzdən əvvəl Müqəddəs Pyotr bazilikasında ayin keçirilib

Vatikanda kritik gün: Yeni Papa seçilməzdən əvvəl Müqəddəs Pyotr bazilikasında ayin keçirilib
Dünya 26

Papa Fransiskin vəfatından sonra Vatikanda matəm prosesi başa çatıb. Bu gündən etibarən dünyada 1,4 milyard katolikin yeni liderinin seçiləcəyi vacib mərhələyə start verilir.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, Papanın seçilməsi – yəni "konklav" öncəsi Müqəddəs Pyotr Bazilikasında xüsusi ayin keçirilib. Hazırda bütün diqqətlər 267-ci papanı müəyyən edəcək 135 kardinalın üzərində cəmlənib.

Bu gün günorta saatlarından etibarən kardinalların xarici dünya ilə bütün əlaqələri kəsiləcək. Vatikan ərazisində mobil rabitə siqnalları bağlanacaq. Bakı vaxtı ilə saat 17:00-da kardinalların tarixi Sistina Şapelinə yürüşü başlayacaq və burada onlar qapanaraq ilk səsverməni keçirəcəklər.

Dünyanın gözü Sistina Şapelin bacasından çıxacaq dumana dikiləcək: əgər tüstü qara olarsa, bu o deməkdir ki, yeni papa hələ seçilməyib; əgər ağ tüstü çıxarsa, yeni papanın adı müəyyən olunub deməkdir.

Bu gün keçiriləcək səsvermədən nəticə çıxmasa, kardinallar sabah da səsverməyə davam edəcəklər. Seçim tamamlanana qədər onlar dünyadan təcrid olunmuş şəkildə Vatikan ərazisində yerləşən qonaq evində qalacaqlar.

Qeyd edək ki, bir kardinalların arasından papanın seçilməsi üçün namizədin üçdə iki çoxluğun səsini alması tələb olunur.

Son xəbərlər