USAİD Ukraynaya yardımları dayandırıb

USAİD Ukraynaya yardımları dayandırıb
Dünya 85

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinə (USAID) Ukrayna ilə bağlı layihələri və onların maliyyələşdirilməsini dayandırmaq tapşırılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti qərar qəbul edib.

USAİD-in ofisində Dövlət Departamentinin direktivini dəqiq necə həyata keçirməyi planlaşdırdıqları və istisnaların olub-olmayacağı barədə hələlik məlumat yoxdur.

USAID Ukraynada məktəblərin bərpası, tibbi xidmətlər, kritik enerji sistemlərinin təmiri kimi humanitar layihələri dəstəkləyir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp inauqurasiyadan sonra digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə faktiki olaraq donduran sərəncam imzalayıb. Bundan əlavə, ABŞ Dövlət Departamenti beynəlxalq yardımın dondurulması və yeni yardımların dayandırılması barədə göstəriş verib. Bununla Ukraynaya bəzi humanitar yardımların verilməsini dayandırılıb.

Prezident Volodimir Zelenski bildirib ki, Dövlət Departamentinin qərarı Ukraynaya hərbi yardımın göstərilməsini dayandırmır.

Son xəbərlər