Ukrayna dronları səbəbindən Finlandiya körfəzi bağlana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya müdafiə naziri Antti Hyakkyanen Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə səbəbindən Finlandiya körfəzində hava və dəniz hərəkətinin müvəqqəti dayandırıla biləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, nazir bu barədə "Ilta-Sanomat" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, iyulun 4-ü səhər saatlarında tətbiq edilən məhdudiyyətlər Ukrayna pilotsuz uçuş aparatlarının Sankt-Peterburqa hücumu ilə əlaqədar olub.
Hyakkyanen qeyd edib ki, təhlükəsizlik məqsədilə pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi zamanı Finlandiya körfəzində hava və dəniz nəqliyyatının hərəkətini dayandırmaq zərurəti yarana bilər. Nazir vurğulayıb ki, körfəz dar ərazi olduğundan vəziyyət qısa müddətdə dəyişə bilər.
O, həmçinin vətəndaşlara rəsmi xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə edib. Nazirin sözlərinə görə, dənizdə hərəkət bir neçə saatlıq məhdudlaşdırılarsa, balıqçılar və digər istifadəçilər planlarını buna uyğun dəyişməli olacaqlar.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...